Berlin Məhkəməsi İran vətəndaşı və ailəsinin "Sinovac" vaksini ilə bağlı iddia ərizəsinə dair hökmünü açıqlayıb.
Unikal.org xəbər verir ki, ədliyyə orqanı Avropa İttifaqı ölkəsi vətəndaşı olmayan və koronavirusa qarşı "Sinovac" peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxılmaması ilə bağlı qərarı qanuni sayaraq qüvvədə saxlayıb.
Məhkəmə qətnaməsinə əsasən, adıçəkilən vaksinlə peyvənd olunanlar əvvəllər olduğu kimi, bundan sonra da Almaniya ərazisinə buraxılmayacaq.
Qeyd edək ki, ölkə hökuməti yalnız "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" vaksinlərini rəsmən tanıyır.
Ağarza Elçinoğlu