Türkiyənin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunur.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar deyib.

“İlyarım əvvəl universitetlərimizdə necə üz-üzə tədris həyata keçirilirdisə, bu tədris ilinə də ənənəvi qaydada başlayacağıq. Tələbələri həyəcanla gözləyirik. Uzaqdan tədrisin ənənəvi tədrisi əvəz etməsini düşünmək olmaz. Biz üz-üzə tədrisin başlıca qayda olduğunu düşünürük. Təbii ki, bəzi hallarda istisnalar ola bilər”, - o qeyd edib.

E.Özvar təhsil işçilərinin, müəllim və tələbələrin vaksin olunmasının vacibliyini vurğulayıb.