Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümünün təfərrüatları məlum olub.

Unikal.org-un məlumatına görə, nazir Norilsk şəhərində təlimlərin çəkilişini həyata keçirən operatoru xilas edərkən həyatını itirib.

Qeyd edək ki, Y.Ziniçev arktik zonanın fövqəladə hallardan müdafiəsi ilə bağlı qurumlararası təlimlərində iştirak edib.

Çəkilişi həyata keçirərkən suya düşən operatoru xilas etməyə cəhd edən nazir sərt şəkildə daşa çırpılıb və aldığı kəllə-beyin travması nəticəsində həlak olub.

Qeyd olunur ki, həmin operator da həyatını itirib.