ABŞ Prezidenti Co Bayden Donald Tramp tərəfindən ölkənin hərbi xidmət akademiyalarının məşvərət şuralarına təyin edilmiş 11 məmurun istefası barədə əmr verib.
Unikal.org xəbər verir ki, istefası istənilən məmurların arasında Ağ Evin keçmiş mətbuat katibi Şon Spayser, keçmiş prezident müşaviri Kellyann Konvay və keçmiş milli təhlükəsizlik müşaviri Makmaster kimi Dəniz Qüvvələrinin məşvərət məclislərinə qoşulan tanınmış Tramp tərəfdarlarının da olduğu deyilir.
"Prezidentin vəzifəsi şuralarda işləmək üçün ixtisaslı və Ağ Evin indiki rəhbərliyinin dəyərlərinə uyğun insanların olmasını təmin etməkdir", - deyə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
Ağarza Elçinoğlu