Bir neçə gün bundan əvvəl Sakit okeanda, Filippin yaxınlığında əmələ gələn "Çansu" tayfunu güclənərək Yaponiyanın cənubunda yerləşən Okinava adalarına yaxınlaşır.

Unikal.org xəbər verir ki, tropik qasırğaya "dağıdıcı" statusu verilib. Hazırda onun mərkəzində küləyin sürəti saniyədə 15 metrə, şiddətli əsdikdə isə 20 metrə çatır. Proqnozlara əsasən, tufanın sentyabrın 12-də və ya 13-də Sakişima adalarına çatacağı gözlənilir.

Bununla əlaqədar meteoroloqlar sahil ərazilərində güclü küləyin, leysan yağışların və hündür dalğaların əmələ gələcəyi barədə xəbərdarlıq ediblər.

Ağarza Elçinoğlu