“Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var”.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Anadolu” agentliyinə açıqlamasında deyib.
O bildirib ki, xüsusən İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.
“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik çəkirik”, - deyə S. Bayraktar qeyd edib.
O, indiyə qədər 10-dan çox sazişin imzalandığını vurğulayıb.