Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani sosial mediada paylaşdığı bir mesajda Əfqanıstanı niyə qəfil tərk etdiyini izah edib.
Unikal.org xəbər verir ki, o, 1990-cı illərdə küçələrdə baş verən toqquşmaların təkrarlanmasından qorxduğu üçün ölkəni tərk etdiyini bildirib.
Eks-prezident bildirib ki, ölkəni tərk etməyi həyatının ən çətin qərarı idi və bu, Kabili, eləcə də 6 milyon vətəndaşı qorumağın yeganə yolu idi.
Qeyd edək ki, Qani Əfqanıstan xalqına məxsus milyonlarla dollar ilə qaçdığı iddialarını yalanlayıb. O, Birləşmiş Millətlər Təşkilatının və ya digər müstəqil nəzarət qurumlarının nəzarəti altında maliyyə araşdırmalarına açıq olduğunu bildirib. Qani, idarəçiliyinin sonu əvvəlkilərə bənzər olduğu üçün ifadəsində Əfqan xalqından üzr istəyib.
Ağarza Elçinoğlu