20 ildən sonra Əfqanıstanda nəzarəti ələ alan "Taliban" yeni hökumətin yarandığını elan edib.
Unikal.org xəbər verir ki, "Taliban" üzvlərinin rəhbərlik etdiyi qurumlardan gələn görüntülər hər kəsin diqqətini çəkib. Belə ki, Əfqanıstanda Mərkəzi Bankın yeni sədri vəzifəsinə təyin olunan Hacı Muhammed İdrisin kompüter qarşısındakı fotoşəkili gündəm olub.
İdrisinin ofisində çəkilən fotoda, masasının üstündəki Kalaşnikov avtomatı diqqət çəkib. "Twitter"də paylaşılan fotolar sosial şəbəkə istifadəçilərin gülüşünə səbəb olub.
Gülayə Mecid