Bu gün Moskvada Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.
Unikal.org xəbər verir ki, dövlət başçıları görüş zamanı inteqrasiya məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, bu, Belarus və Rusiya liderləri arasında il ərzində 5-ci təkbətək görüşdür.