Xəbər verdiyimiz kimi,  "Gürcüstan Bankı"nın ofisi silahlı şəxs tərəfindən ələ keçirilib.

Unikal.org Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Kvareli şəhərində yerləşən filiala daxil olan silahlı şəxs 15 nəfəri girov götürüb.

Bildirilib ki, o, 500 min lari (160,8 min dollar) pul tələb edib. Polis hadisə baş verən ərazini mühasirəyə alıb. 

***16:11

Gürcüstanın Kvareli şəhərində “Gürcüstan bankı”nın filialına silahlı basqın olub.

Unikal.org xəbər verir ki, bankda bir neçə əməkdaş və müştərinin olduğu bildirilir.

Basqınçıda əl qumbarasının olması barədə məlumatlar yayılıb. Filialda olan şəxslərin girov götürüldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.