Məşhur türkiyəli mafiya lideri Sedat Peker Ermənistana səfər etmək niyyətində olduğunu açıqlayıb
Unikal.org xəbər verir ki, bu barədə o, "Twitter" hesabında bildirib.
"Dostlar, xarici siyasətə töhfə vermək üçün Suriyaya gedirəm. Oradan Kiprə, Yunanıstana və Ermənistana gedəcəyəm",- deyən Peker, özünü "dünya sülhünün elçisi" adlandırıb.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyədən qaçan Peker cinayət aləmindədə əsas avtoritetlərdən biri sayılır. O, dəfələrlə cinayət əməllərinə görə məhkum edilib.
Gülayə Mecid