"Taliban" radikal qruplaşması Əfqanıstanın bütün ərazilərində icazəsiz etiraz aksiyalarının keçirilməsinə qadağa qoyub.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, aksiyaları yalnızca Ədliyyə və Daxili İşlər Nazirliklərindən icazə aldıqdan sonra keçirmək mümkündür.
Həmçinin qeyd olunub ki, icazəsiz etiraz aksiyası keçirənlər bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar.
Ağarza Elçinoğlu