“Gürcüstan bankı”nın Kvareli şəhərində yerləşən filialında girov götürülən şəxslərin hamısı azad edilib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıqlar nəticəsində girovlar azad olunub.
Hazırda banka silahlı basqın edən şəxslə danışıqlar davam edir. Onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.