Suriyada humanitar yardımla dolu avtomobil karvanının partladılması nəticəsində bir rus hərbçi həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Homs əyalətində olub. Bomba quraşdırılmış avtomobilin karvana yaxınlaşması nəticəsində partlayış baş verib. Əvvəlcə ağır yaralanan Rusiya hərbçisi sonradan dünyasını dəyişib.