Kolumbiyanın şimalında partlayış törədilib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin milli polisinin rəhbəri, general Xose Luis Varqas Valensiya özünün "Twitter"dəki səhifəsində bildirib.
O, qeyd edib ki, hadisə Kukuta-El-Eskobal magistral yolunda qeydə alınıb. Polis patrulunun hərəkət etdiyi yolda törədilən partlayış nəticəsində 1 qadın həlak olub, daha 4 nəfər yaralanıb. Bildirilib ki, yaralananlar arasında yol polisinin 2 əməkdaşı da var.
Polis rəhbəri hadisəni pisləyib. Partlayışda əli olanların axtarışına başlanılıb.
Rechazamos ataque criminal en vía #Cúcuta #ElEscobal: fallece una mujer y resultan lesionadas 4 personas, entre ellas 2 compañeras de @TransitoPolicia por artefacto explosivo contra patrulla que cumplía labor de vigilancia y control. Trabajo articulado para ubicar a responsables.
— General Jorge Luis Vargas Valencia (@DirectorPolicia) September 10, 2021