Rusiya Belarusla pandemiya dövründə hava nəqliyyatı ilə bağlı qəbul olunmuş bütün məhdudiyyətləri ləğv edir.
Unikal.org xəbər verir ki, bu barədə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.
"Bu məsələni əvvəlki görüşdə müzakirə etmişik. Amma Aleksandr Qriqoreviç bizdən çox da uzaqda olmayan hökumət evində verilmiş qərar haqqında hələ məlumatlı deyil. Hava nəqliyyatı ilə bağlı bütün COVİD məhdudiyyətlərinin aradan qaldırılması barədə qərar qəbul edilib”, - Putin bildirib.
Xatırladaq ki, bu gün Moskvada Putin və Lukaşenko arasında danışıqlar keçirilib.