Türkiyənin Aydın ərazisində 43 ildir mağarada yaşayan qadının həyat hekayəsi hər kəsi kövrəldib.
Unikal.org xəbər verir ki, 95 yaşlı Emir Ayşe adlı qadın uzun zamandan sonra obyektivlər qarşına çıxıb. Belə ki, ərinin illərdir vədinə sadiq qalan qadın jurnalistlərə açıqlamasında mağarada yaşamasından məmnun olduğunu dilə gətirib.
Qadının həyat yoldaşı mağarada vəfat edib. O, ölərkən, "Buradan heç yerə getmə",- deyə arvadına vəsiyyət edib. Ayşədə buna görə işığın və suyun olmadığı mağarada yalnız yaşayır.