Rus kosmonavtları Oleq Novitski və Pyotr Dubrov, "Nauka" çoxfunksiyalı laboratoriya modulunu Beynəlxalq Kosmos Stansiyası (ISS) ilə inteqrasiya etmək missiyası çərçivəsində ikinci kosmos səyahətini uğurla başa vurublar.

Unikal.org xəbər verir ki, bu barədə "Roscosmos" rəsmi "Twitter" hesabında qeyd edib.

"Airlock bağlandı. Rusiya ISS proqramında planlaşdırılan 50-ci kosmik gediş uğurla başa çatdı", - deyə "Roscosmos" məlumat verib. 

Qeyd edək ki, Novitski və Dubrov, ISS-dən cümə axşamı günü Moskva vaxtı ilə saat 17:55 -də ayrılıb. Onlar kosmosda əsas və iki əlavə tapşırığı yerinə yetirərək 7 saat 20 dəqiqə stansiyadan kənarda qalıblar. Xüsusilə, kosmonavtlar "Progress MS-17" kosmik yük gəmisinin antenalarını yoxlayıblar. "Ethernet" lokal şəbəkə kabelini "Nauka" moduluna bağlayıblar. 

Ağarza Elçinoğlu