"Facebook" şirkəti bazara ağıllı eynəklər çıxarır.
Unikal.org xəbər verir ki, aksessuar 30 saniyəlik video və foto çəkə bilən beş meqapiksellik kamera ilə təchiz edilib. Ayrıca olaraq, eynəkdə mikrofon və səsucaldan da var ki, bu da yalnız telefona qoşulub danışmağa deyil, həm də musiqi dinləməyə imkan verir.
Hətta cihazı xüsusi hazırlanmış yeni "Facebook View" proqramı ilə sinxroniza edib görüntüləri birbaşa sosial şəbəkələrə göndərmək də olur.
Şirkət "ağıllı" eynəklər "EssilorLuxottica" və "Ray-Ban" ilə birlikdə ərsəyə gətirilib.
Məhsul iyirmi fərqli dizaynda olacaq və ABŞ, Avstraliya, Kanada, İrlandiya, İtaliya, İngiltərədəki onlayn və mağazalarda satılacaq. Aksesuarın başlanğıc qiyməti 299 dollardır.