Rusiyanın "Kalaşnikov" konserni qadjetlərlə sinxronizasiya edə bilən "ağıllı" silah hazırlayıb.

Unikal.org  xəbər verir ki, yeni silah "Ordu-2020" forumunda təqdim ediləcək.

“Bu, innovasiyalı dizaynda olan ilk Smartsilahdır. Unikal silah növü kimi meydana çıxan və etibarlı MP-155-in bazası əsasında hazırlanmış bu yeni kəşf qadjetlərə qoşulmaq qabiliyyətinə malikdir"-,konsernin sosial media üzərindən etdiyi paylaşımda deyilir.

Qeyd edək ki, yayılan videoda silahın futuristik dizaynda hazırlandığı, xüsusi nişangahla təchiz olunduğu və mobil qurğularla sinxronizasiya üçün displey quraşdırıldığı görünür.