Sentyabrın 8-də Norilskdə keçirilən təlimlər zamanı həlak olan Rusiya fövqəladə hallar naziri Yevgeni Ziniçevlə vida mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin də vida mərasimində iştirak edib.
Ziniçevin ailə üzvlərinə başsağlığı verən Rusiya lideri dünən milli qəhrəman adı verdiyi nazirin ölümünə kədərlənib.
Qeyd edək ki, Ziniçev bundan öncə keçirilən təlim zamanı rejissorun həyatını xilas etmək istəyərkən, aldığı travmalardan ölüb. Onun ölümü ilə bağlı Putin indiyə qədər heç bir açıqlama verməyib.