“Taliban” Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehin qardaşı Ruhullah Salehi girov götürərək öldürüb.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Taliban”a qarşı müqavimət hərəkatı yayıb.
Pəncşir əyalətinin sakinləri agentliyə bildiriblər ki, Ruhullah Saleh bir neçə gün əvvəl "Taliban"la döyüşdə həlak olub.
Qeyd edək ki, Əmrullah Saleh özünü Əfqanıstanın Prezidenti elan etmişdi. Kabili “taliblər” tutandan sonra o, Tacikistan sığınmışdı.