"Əl-Qaidə" terror təşkilatının lideri Ayman əl-Zəvahirinin yeni videogörüntüləri yayılıb. Video Ayman əl-Zəvahirinin 11 sentyabr hadisələrinin 20-ci ildönümünə həsr olunub.
Unikal.org xəbər verir ki, xarici KİV-lər videnun "Əl-Qaidə" liderinin ölüm xəbərlərinin ortaya çıxmasından bir neçə ay sonra yayımlanmasını diqqət çəkən məqam kimi qiymətləndiriblər.
"Cihadçı saytları izləyən "SITE Intelligence Group" videonun şənbə günü yayımlandığını söyləyib. Əl-Zəvahiri Qüdsün heç vaxt yəhudiləşdirilməyəcəyini də bəyan edib. O xüsusilə "Əl-Qaidə"nin yanvar ayında Suriyadakı rus qoşunlarına qarşı yönəlmiş hücumları haqqında müsbət fikirlər səsləndirib"-, məqalədə yazılıb.
Əl-Zəvahiri Amerika qoşunlarının Əfqanıstandan çıxmasını da xatırladıb.
Qeyd edək ki, 2020-ci ilin sonlarında mediada əl-Zəvahrinin xəstəlikdən ölməsi barədə şayiələr yayılmışdı. O vaxtdan bəri terrorçuların liderinin həyatda olmasına dair heç bir video və ya başqa bir sübut görünməmişdi.