Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə ilk medal yazılıb. 

Unikal.org xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan Abubakr Abakarov bürünc medala sahib olub. 

***20:11

Azərbaycanın daha 4 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Unikal.org xəbər verir ki, 57 kq-da çıxış edən Əfqan Xaşalov 1/8 finalda meksikalı Roberto Alexandroya qalib gəlsə də, növbəti görüşdə Almaniya təmsilçisi Horst Lerə uduzub.

65 kq çəki dərəcəsində Əli Rəhimzadə ilk mərhələdə Cənubi Koreyadan olan Yunsik Yuna məğlub olaraq mübarizəni dayandırıb.

79 kq-da yarışan Əşrəf Aşırov 1/8 finalda slovakiyalı Axşarbek Qulayev üzərində inamlı qələbə qazanıb. Lakin o, növbəti mərhələdə yaponiyalı Ryuki Yoşida ilə bacarmayıb.

92 kq-dakı Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Milli üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisi Prutviraj Patilə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov 1/4 finalda Avropa ikincisi olmuş Polşa güləşçisi Mateuş Baranovskidən üstün olub. Yarımfinalda rusiyalı Məhəmməd Qurbanovla qarşılaşan idmançı görüşdən məğlub ayrılıb. Nurməhəmmədov bürünc medal uğrunda yarışacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (61 kq) və Coşqun Əzimov (74) dünya çempionatı ilə vidalaşıb. Abubakr Abakarov (86 kq) isə bürünc medal uğrunda güləşəcək.