Vətən müharibəsinin ildönümü münasibətilə saylı Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə Milli Məclisin deputatı Əhliman Əmiraslanov şəhid ailələri ilə görüş keçirib. 

Unikal.org xəbər verir ki, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilən görüşdə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə iştirak edib. Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Əhliman Əmiraslanov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə Sabirabadlı gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb, Vətən Müharibəsinin ildönümü münasibətilə belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib.

Görüş iştirakçıarına sağlamlıq problemlərinin həll olunmasına köməklik göstəriləcəyi bildirilib. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının ölkə Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan millət vəkili Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirib. Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva iştirak edib.