"Azərxalça" ASC-nin həbsdə olan sabiq sədri Vidadi Muradov xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradovun səhhəti ağırlaşdığı üçün o, Milli Onkologiya Mərkəzinə köçürülüb.

Xatırladaq ki, V.Muradov 21 milyon 673 min manatı mənimsəməkdə ittiham olunur.