Ağsu Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Rövşən Bağırovun müvafiq əmrləri ilə, baş mühasib Fəxrəddin Atakişiyev, informasiya təminatı və təhlil sektorunun müdiri Cavanşir Nəsibov və hüquq şöbəsinin müdiri Tofiq Kərimov tutduqları vəzifələrdən azad ediliblər.

İcra başçısının digər əmri ilə, Seyran Hacıyev baş mühasib vəzifəsinə təyin olunub.

Murad İbrahimli