5 oktyabr Müəllimlər günü münasibətilə əziz və sevimli müəllimlər üçün Rabitəbankdan əla təklif var.

Unikal.org  xəbər verir ki,  Kampaniya çərçivəsində təhsil işçiləri 20000 AZN-dək nağd pul kreditini komissiyasız və müddətindən asılı olmayaraq 0% sığorta haqqı ilə əldə edə biləcəklər. Kreditin müddəti 3 aydan 36 ayadək təşkil edir. Müəllimlər bu kampaniyadan illik 15%-dən başlayan şərtlərlə yararlana bilərlər. Kampaniyanın digər özəlliyi isə Kartmane kredit kartının bir illik xidmət haqqısının da bank tərəfindən hədiyyə olunmasıdır. 

Müəllimlər günü bir gün olsa da, Rabitəbankın bu təklifi düz 1 ay içərisində keçərlidir. 5 oktyabrda başlayan kampaniya 5 noyabradək davam edəcək. Təhsil işçilərinin dəyərli zamanını düşünən Bank krediti onlayn sifariş etməyə dəvət edir. Onlayn sifariş üçün Rabitəbankın rəsmi saytına keçid edə (http://rbt.az/muellim) və ya Rabita Mobile tətbiqindən müraciət edə bilərsiniz.