Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe ötən yay onu digər kluba buraxmaları xahişi ilə rəhbərliyə üz tutduğunu etiraf edib.

Unikal.org xəbər verir ki, bu barədə 22 yaşlı hücumçu "RMC Sport"a müsahibəsində bildirib.

Fransalı forvard Paris klubunun bu transferdən qazanc əldə etməsi üçün belə bir müraciət ünvanladığını söyləyib: "Xahiş etdim ki, bu yay komandadan gedim. Çünki müqaviləmi uzatmaq niyyətində olmadığımdan, PSJ-nin transferimdən qazanc götürməsini və mənim əvəzimə keyfiyyətli oyunçu tapmasını istəyirdim. Bu klub mənə çox şey verib, burada hər zaman xoşbəxt olmuşam. Düşünürdüm ki, rəhbərliyin xahişimi cavablandırması üçün bunu onlara kifayət qədər tez deməyim lazımdır".

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm Liqa1-də 9 oyuna 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ isə 9 matçdan 24 xalla liderdir. Daha əvvəl "Monako"da çıxış etmiş Mbappenin İspaniya "Real Madrid"inə keçidi gündəmdədir.