Ağdam Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Tahir Abbasov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Ağdam Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Murad İbrahimli