Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Unikal.org-un xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq.