Türkiyədə 42 yaşlı qadın bədbəxt hadisə ilə üzləşib.
Unikal.org xəbər verir ki, İstanbulda yaşayan Mehmet Yıldız Yasemin Uzunçelebi adlı qadına eşqini etiraf edib. Qadın isə onun bu təklifini qəbul etməyib. Bundan sonra Mehmet gecə saatlarında Yaseminin yaşadığı mənzilə gizlincə daxil olub. O, yuxuda olan qadının üzünə kislota töküb. Daha sonra Mehmet ərazini tərk edib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının üzü tamamilə yanıb. Şəxs isə qısa zamanda polis tərəfindən saxlanılıb.