Xəbər verdiyimiz kimi, bloger Bəxtiyar Hacıyev və jurnalist Ülviyyə Alovlunun məhkəmə prosesində baş verən hadisələrlə bağlı görüntülər yayılıb.

Bloger Bəxtiyar Hacıyev Unikal.org-la əlaqə saxlayaraq bildirib ki, bu, ona qarşı aparılan qaralama kampaniyasıdır:

"Bu, məhkəmə prosesindən yarım saat sonra yayılan görüntülərdir. Necə ola bilər ki məhkəmədən yarım saat sonra bu video yayılsın? Əgər videonun sürətini aşağı salıb baxsanız, görərsiniz ki, mən Ülviyyə Alovlunu vurmuram. Sadəcə olaraq ona yaxınlaşmışam və vərəqi stolun üzərinə vurmuşam".

***

13:53

Bloger Bəxtiyar Hacıyev və jurnalist Ülviyyə Alovlunun məhkəmə prosesi keçirilib.

Unikal.org-un məlumatına görə, məhkəmə prosesi zamanı B.Hacıyev Ülviyyə Alovluya yaxınlaşaraq onu vurub.

Seymur Əli