Ağcabədinin pambıq zavodunda işçi ağır xəsarət alıb.
Unikal.org xəbər verir ki, həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.
Nəticədə o, ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.
Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.