Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Unikal.org-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səyavuş Elşad oğlu İbrahimova tanışı Ucar şəhər sakini Elşən Tapdıq oğlu Musayev tərəfindən göndərilmiş sovqata baxış keçirilib.

Baxış zamanı orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,836 qram olan narkotik-maddə heroin və ümumi çəkisi 0,763 qram olan psixotrop maddə-metamfetamin aşkar edilib.