Noyabrın 8-də  Zəfər yürüşündə qeydə alınan  görüntülər hər kəsin diqqətini çəkib. 

Unikal.org xəbər verir ki, Vətən Müharibəsinin qazisi yürüş zamanı kütlənin qarşısından keçir. Bu zaman vətəndaşlardan biri ayağı zədələnən qazinin qarşısında diz çökür və onun yaralanan ayağını öpmək istəyir. Lakin qazi  buna imkan verməyərək həmin şəxsi ayağa qaldırır.

Sosial şəbəkələrdə paylaşılan görüntülər izləyicilərə  təsirli anlar yaşadıb.