“Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilməz”.
"Unikal"ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.
O bildirib ki, xəstəliyə yoluxanların uşağa süd verməsi tövsiyə olunmur: “Çünki anayla uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maskayla belə süd verməsi məsləhət deyil”.