Media subyekti və jurnalist tərəfindən hansı məlumatların yayılmaması ilə bağlı qayda açıqlanıb.
"Unikal" xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir:
1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;
2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;
3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;
4. Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;
5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
6. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;
7.İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.
Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.