Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə yeni direktor təyin olunub.

"Unikal"ın məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Xanbaba Meyxoş oğlu Hüseynov təyinat alıb.

Murad İbrahimli