Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Məlumata görə, general-mayor M.Rzayev öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.