Türkiyə Silahlı Qüvvələri bu ilin yanvarın 1-dən 172 terrorçunu zərərsizləşdirib.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Onlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında məhv edilib.
Bu müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələri qırıcı və hücum PUA-larından istifadə etməklə 25 əməliyyat keçirib və çoxlu sayda terrorçu hədəfi vurulub.
2021-ci ildə isə 397 əməliyyat təşkil edilib, nəticədə 2883 terrorçu zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələri çətin coğrafi və iqlim şəraitində terrora qarşı qətiyyətli mübarizəsini davam etdirir.