Adını “Meta” olaraq dəyişdirən "Facebook" ötən ilin oktyabr-dekabr dövrü üçün balansını açıqlayıb.
"Unikal" xəbər verir ki, "Facebook"un xalis mənfəəti ötən ilin son rübündə 8 faiz azalaraq 10,3 milyard dollara düşüb. Şirkət birjada 20 faizdən çox itirib.
Müvafiq olaraq, şirkətin ötən ilin 4-cü rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 20 artaraq 33,7 milyard dollara çatıb. "Meta" 2020 -ci ilin eyni dövründə 28,1 milyard dollar gəlir əldə edib.
"Meta", bu ilin birinci rübündə gəlirinin 27-29 milyard dollar arasında olacağı gözlənilir. Analitiklər şirkətin birinci rüb üçün gəlir proqnozunun 30,2 milyard dollar civarında olacağını gözləyirdilər.