Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 24 616 yoluxma halı qeydə alınıb, 54 nəfər ölüb.
"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 350 454, ölənlərin sayı isə 15 300 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 124 442 (83%) nəfərin sağaldığı bildirilib.