Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan bəyanatla çıxış edib.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
"Ermənistan Artsaxın üzləşdiyi son dərəcə çətin çağırışlar qarşısında bu hakimiyyət bütün resurslarını müxalifəti ən yaxşı şəkildə təqib etmək, işgəncə vermək, həbs etmək və saxlamağa cəmləyib. Aruş Aruşanyan, Manvel Paramazyan, Narek Mantaşyan və Qarnik İsaqulyan müstəsna olaraq siyasi baxışlarına görə həbs olunurlar.
Bu, hüquqi rüsvayçılığın yeni əlamətidir. Həbslə hədə-qorxuların yeni dalğası məhkəmə hakimiyyətinin müstəqilliyini ləğv etmək üçün xüsusi əməliyyatdır. Baş verənlər beynəlxalq təşkilatların üstüörtülü dəstəyi ilə qanunun aliliyinin dağıdılmasıdır", - deyə müxalifət lideri bildirib.
O, bütün bunların günahının hazırkı hökumətin zəifliyindən qaynaqlandığını deyib: "Bütün bunlar hökumətin zəif olduğunu və çətin çağırışların öhdəsindən gəlməkdə aciz olduğunu göstərir. Əksinə, daxildəki müqaviməti qırmaq üçün əlindən gələni edir. Görünən odur ki, bu gün bir nömrəli başağrıları arasında hakimiyyət də var.
Bu proseslər çox davam edə bilməz, axırda onların sonu gələcək, çünki bu qədər qanunsuzluğu heç bir hakimiyyət həzm edə bilməz.
Tezliklə cavab vermək vaxtı gələcək".
Ağarza Elçinoğlu