İranda bu gündən 5-12 yaşlı uşaqların peyvənd olunmasına başlanılır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Haşimi deyib. O bildirib ki, koronavirusun Omicron ştamı uşaqlar üçün təhlükə yaradır.
O, virusa yoluxub xəstəxanalarda yatanların 20 faizinin bu yaşda uşaqlardan ibarət olduğunu deyib. "Bu səbəbdən valideynlər bu gündən 5-12 yaşlı uşaqlara peyvənd vurdurmaq üçün ölkə üzrə xəstəxanalara və tibb mərkəzlərinə müraciət edə bilərlər".