Türkiyənin İzmir əyalətinin sahillərində zəlzələ baş verib.
"Unikal"ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata əsasən, 3,7 bal gücündə zəlzələ İzmir körfəzi, Urla rayonu sahillərində 13,35 km dərinlikdə yerli vaxtla saat 12:21-də baş verib.