Dünyada aşkar edilən koronavirusa yoluxma hallarının sayı 400 milyonu ötüb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.
Çərşənbə günü Bakı vaxtı ilə saat 03:00-a olan məlumata görə, dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 400 244 031-ə çatıb.
Pandemiya ərzində 5 761 208 xəstə koronavisurdan ölüb.
Koronavirusa 20 milyondan çox yoluxmanın aşkarlandığı ölkələrin siyahısında ilk üçlükdə ABŞ, Hindistan və Braziliya qərarlaşıb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.