Almaniyanın "Tagesschau" telekanalında xarici işlər naziri Annalena Burbok və onun Ukraynaya səfəri barədə xəbər yayılıb.
"Unikal" xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü təxirə salınan nazirlə bağlı xəbərdə Rusiyaya dair ciddi səhvə yol verilib.
Belə ki, reportaj Kiyevdən təşkil olunub və telekanal səhvən Ukrayna paytaxtının adını Moskva yazıb.
Rusiya mediası isə alman həmkarlarının reportajda Rusiya paytaxtını səhv salmasını qınayıb.
Qeyd ki, fevralın 7-də Annalena Burbok iki günlük səfər üçün Ukraynaya gəlib. O, Donbasa səfər edib və təmas xəttində 40 dəqiqəyə yaxın olub.