Sabirabadda avtomobilin vurduğu 54 yaşlı qadın ağır xəsarətlər alıb.

"Unikal" xəbər verir ki, hadisə Sabirabad rayonunun girişində magistral yolun Qalaqayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçən Qalaqayın kənd sakini, 1968-ci il təvəllüdlü Muradova Nəzakət İslam qızını vurub. Piyada ağır xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralı qadın çoxsaylı sınıq xəsarətləri və daxili qanaxma diaqnozu ilə əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.