Çexiyanın baş naziri Petr Fiala Rusiya ilə Ukrayna arasında gərginliyin artacağı təqdirdə ölkəsinin ukraynalı qaçqınları qəbul etməyə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bunu Baş nazir jurnalistlərə açıqlamasında deyib.
Sərhəd qonşuları Slovakiyaya kömək etməyə hazır olduqlarını bildirən Fiala , ehtiyac olarsa Slovakiya-Ukrayna sərhədində işləmək üçün polis qruplarını göndərə biləcəklərini qeyd edib.
Çexiyanın Kiyevdəki səfirliyinin bağlanmadığını, lakin diplomatların ailələrinin ölkəni tərk etdiyini bildirən Fiala Ukraynada 50-yə yaxın diplomatın çalışdığını ifadə edib.